!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rafaelin Azərbaycan bayrağı altında ilk qələbəsi - 50 min dollar qazandı

!Reklam – Yazi

MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünə çıxıb.

Yenicag.az xəbər verir ki, ilk dəfə Azərbaycanı təmsil edən 29 yaşlı idmançı ABŞ-ın Las-Veqas şəhərində keçirilən görüşdə braziliyalı Rafael dus Anyusla üz-üzə gəlib.

Fiziyev 5-ci raundda rəqibini nokauta salıb. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsidir.

Döyüşdən sonra R.Fiziyev burnunun sındığı haqda paylaşım edib.

“Mənim burnum sındı. Lakin həkim yanına cibimdə 50 min dollarla gedəcəyəm”, – deyə döyüşçü bildirib.

www.yenicag.az

464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv