Raket havaya qalxarkən partladı

media-hightechnic-468x90

14145703492740258065_600x400Beynəlxalq kosmik stansiyaya iki tona yaxın yük çatdırmalı olan Antares daşıyıcı raketi Cygnus kosmik daşıyıcısı ilə birgə ABŞ-ın Atlantik okeanı sahillərində yerləşən Vallops kosmodromundan havaya qalxan zaman partlayıb. Qəza zamanı xəsarət alan olmayıb.

Kosmos sahəsində siyasət üzrə mütəxəssis, Corc Vaşinqton adına Universitetinin əməkdar professoru Con Loqsdon Ukrayna-Amerika daşıyıcı raketi olan Antaresin partlayışının mühərrikdə yaranmış nasazlıqla əlaqədar ola biləcəyini deyib.

Mütəxəssisin fikrincə, qəzanın səbəbini dəqiq araşdırmadan Antaresin gələcəkdə istifadə olunub-olunmayacağını söyləmək çətindir. Partlayışdan sonra start meydançasına dəyən zərərin miqyasının hələ tam məlum olmadığını deyən Loqsdon Antaresin yalnız bu meydançadan buraxıla biləcəyini də qeyd edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05