Ramazan bayramı münasibətilə Pakistan Əfqanıstandakı əməliyyatları dayandırdı

media-hightechnic-468x90

Pakistan hakimiyyəti Əfqanıstana qarşı həyata keçirilən hərbi əməliyyatları beş gün müddətinə dayandırmaq qərarı verib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin informasiya və teleradio yayımı naziri Attaulla Tarar “X” sosial şəbəkəsində məlumat paylaşıb.

Nazir bildirib ki, qərar müsəlmanların Ramazan bayramı – Fitr bayramı münasibətilə qəbul olunub. O əlavə edib ki, bu addım həm Pakistanın öz təşəbbüsü, həm də Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə kimi dost müsəlman ölkələrinin xahişi əsasında atılıb.

Məlumata görə, “Qəzəb lil-Həqq” əməliyyatı çərçivəsində terrorçulara və onların dəstək infrastrukturuna qarşı aparılan hərbi fəaliyyət 18-dən 19-na keçən gecədən başlayaraq, martın 23-dən 24-nə keçən gecəyədək dayandırılacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05