Ramil Usubovdan məmur övladları ilə bağlı tapşırıq

media-hightechnic-468x90

gfhfhDaxili İşlər naziri, general-polkovnik Ramil Usubov nazirliyin idarə rəisləri ilə məxfi görüş keçirib.

O, vəzifəli şəxslərə övladlarına ciddi nəzarət etmək, ən əsası isə bahalı avtomobillərdən istifadə etməməyə dair ciddi tapşırıq verib. Ramil Usubov bildirib ki, son vaxtlar bəzi yüksək vəzifəli şəxslərin övladlarının sərvətləri, qiymətli əşyaları, avtomobilləri ilə bağlı bir-birinin ardınca yayılan məlumatlar ciddi müzakirələrə səbəb olur.

Nazir bütün bunlardan nəticə çıxararaq, maksimum ehtiyatlı olmalarını, müzakirə mənbəyinə çevrilməmələrini tövsiyə edib.

Nazir həmçinin, nazirlik əməkdaşlarına da bahalı avtomobillərdən istifadə etməməyi tapşırıb. Nazir deyib ki, maksimum “Toyota-Prado” avtomobilindən istifadə olunsun.

axar.az

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600