!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramin Hacılıya bu iş üzrə bəraət verildi

!Reklam – Yazi

İctimai fəal Bəxtiyar Hacıyev tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilən Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılının bu işlə bağlı Ali Məhkəməyə təqdim kassasiya şikayəti qismən təmin edilib.

Yenicag.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə Ramin Hacılıya 147-ci maddə ( böhtan) üzrə bəraət verilib.

Xatırladaq ki, Bəxtiyar Hacıyev Füzuli Rayon Məhkəməsində xüsusi ittiham qaydasında şikayət təqdim edərək Ramin Hacılının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilərək həbs edilməsini istəyib.

Birinci instansiyanın qərarına əsasən, Ramin Hacılı 1500 manat cərimələnib. Hacılı apellyasiya şikayəti versə də, təmin olunmayıb. O, həmin qərardan kassasiya şikayəti verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ramin Hacılı 7 il 7 ay müddətə azadlıqdan məhrum edilib.

www.yenicag.az

298
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv