“Ramiz Əsgər – Türk Dünyasına Xidmət Ödülü”nün mükafatlandırma mərasimi KEÇİRİLDİ – FOTO/VİDEO
Bu gün “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin təsis etdiyi “Ramiz Əsgər – Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərinin mükafatlandırılması və CASCFEN-in türk dünyasına yönəlik fəaliyyətinə dəstək verən media orqanlarına Təşəkkür Bəlgəsinin təqdimat mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, təqdimat mərasimi “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Vüqar İskəndərov, Azərbaycan Mətbuat Şurası sədri Rəşad Məcid və İdarə Heyəti üzvləri, ictimai xadimlər və media nümayəndələri iştirak ediblər.
Mərasimin başlanğıcında şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb, daha sonra isə Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib.
Təqdimat mərasimində Ramiz Əsgərin həyat və yaradıcılığı ilə bağlı çıxışlar edilib, onun xatirəsi dərin kədər hissi ilə yad edilib.
Tədbirin sonunda isə “Ramiz Əsgər – Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərinin mükafatları və media orqanlarına Təşəkkür Bəlgəsi təqdim olunub.
Nəsimi Ələsgərli
Samir Məcidov