Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Ramiz Əzizbəyli: “Bezmişəm, xilas olmaq istəyirəm”

“Daha məndən kino çəkən olmaz, getdi mənim dövrüm”.

Bu sözləri Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış rejissor və aktyor Ramiz Əzizbəyli deyib.

Səhhətində problemlər yaşayan aktyor əvvəlki günləri üçün çox darıxdığını deyib:

“Dostlarım zəng edir, hal-əhval tutur. Amma çox darıxıram. Ayağa qalxmaq, hasa ilə də olsa yerimək, əvvəlki sağlam həyatıma qayıtmaq istəyirəm. Aylardır k, arxası üstə yatıram, bezmişəm, yorulmuşam, xəstəlikdən xilas olmaq istəyirəm. Kino barədə daha düşünmürəm, çünki bilirəm ki, kino çəkməyim, filmə çəkilməyim mümkünsüzdür”.

Qeyd edək ki, 9 ay öncə aktyorun ayaq barmaqları amputasiya olunub, ev şəraitində müalicəsi davam etdirilir.

Cəvahir

www.yenicag.az

2837