Ramiz Mehdiyevin bu qərarı alimləri narazı SALDI

Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin olunandan sonra elm ocaqları ilə bağlı bir sıra qərarlar verməyə başlayıb. Onun verdiyi bəzi qərarlar isə heç də alimlər tərəfindən birmənalı qarşılanmır.

Yenicag.az Unikal.org-a istinadən xəbər verir ki, R. Mehdiyev akademiyanın tabeliyində olan institutlarda çalışan əməkdaşların iş yerinə keçidinin yalnız elektron kartla həyata keçirilməli olduğu ilə bağlı qərar verib.

Mehdiyevin verdiyi qərarın icrasına nəzarət isə Rəyasət Heyəti aparatının rəhbəri Seyfəl Həsənova tapşırılıb. S. Həsənov iş saatlarının başlandığı vaxtlarda institutları gəzərək alimlərin işə hansı formada gəlməsini yoxlayır.

Qərar  alimlər tərəfindən narazılıqla qarşılanıb və etiraza səbəb olub.