“Range Rover“ at arabası ilә toqquşdu – Ölən və yaralananlar var

media-hightechnic-468x90

rytry5Bu gün sәhәr saatlarında Gәndob-Yalama yolunun 23-cü km-dә, Xaçmaz rayonu әrazisindә yol-nәqliyyat hadisәsi baş verib.

“Range Rover” markalı avtomobil at arabası ilә toqquşub.

Nәticәdә bir nәfәr ölüb, iki nәfәr xәsarәt alıb.

Ölәn şəxs – Xaçmaz rayonu Bәyqışlaq kәnd sakini Sәfәrәliyev Anar Qәzәnfәr oğlu xәstәxanaya aparılarkən dünyasını dәyişib. Hadisədə xәsarәt alanlar isə Qaradağbuduq kәnd sakini, 1996-cı il tәvәllüdlü Sәfәrәliyev Nurlan Qafar oğlu vә Quba rayonu, Vәlvәlә kәnd sakini, 1979-cu il tәvәllüdlü Mәhәmmәd Mansurovdur.

M. Mansurovun vәziyyәti ağırdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600