“Range Rover”dən oğurluq edən şəxs yaxalandı

media-hightechnic-468x90

Bakıda “Range Rover”dən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Yenicag.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə ötən il dekabrın 30-da rayon ərazisində “Range Rover” markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa