Rasputin ad günündə vəfat etdi-Foto
Tanınmış rus yazıçısı Valentin Rasputin vəfat edib.
Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə yazıçının nəvəsi Antonina Ria Novosti-yə məlumat yayıb.
O, Moskvada, 78 yaşında anadan olduğu gündə dünyasını dəyişib.
“O, öldü… 4 gün komada qaldı. Hazırda onun vida və dəfn mərasimi ilə bağlı müzakirələr gedir. Yəqin ki, vida Moskvada keçiriləcək. Babam İrkutskda dəfn olunacaq”.
Rusiya Yazıçılar Birliyinin birinci katibi Qennadiy İvanovun 14 mart tarixli açıqlamasına görə, yazıçı Moskvadakı xəstəxanalardan birinə yerləşdirilmişdi:
“O, bir neçə aydır ki, Moskvadadır. Gah xəstəxanaya yazılır, gah çıxırdı. Son günlər özünü heç yaxşı hiss etmirdi”.
Onun səhhətinin pisləşməyi yaşadığı ciddi itkilərlə əlaqələndirilir. Belə ki, yazıçı 2006-cı ildə qızını, 2012-ci ildə isə həyat yoldaşını itirib.
1937-ci ilin bu günü anadan olan Sosial Əmək Qəhrəmanı olan Rasputin SSRİ dövlət mükafatı laureatı idi.
Rasputin “Ana ilə vidalaşma”, “Fransız dili dərsləri”, “Sonuncu müddət”, “Yaşa və xatırla”, “Yanğın” əsərləri ilə məşhurdur.