COP29-un keçiriləcəyi günlərdə bölgələrdən Bakıya gələn rayon qeydiyyatlı avtomobillər üçün heç bir məhdudiyyət tətbiq olunmayacaq.
Yeniçağ.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev “COP29 nəqliyyat planının təqdimatına dair” xüsusi brifinqdə bildirib.
NİİM-in rəisi qeyd edib ki, rayonlardan gələrkən postlarda hər hansı yoxlama olmayacaq.
“Tədbir günlərində gedişata uyğun olaraq bəzi yollarda postlar qurula və məhdudiyyətlər tətbiq oluna bilər. Bu zaman alternativ yollar təklif olunacaq. Məhdudiyyətlər tətbiq olunan həmin postlarda da fasilələrlə nəqliyyat vasitələri buraxıla bilər”, – deyə Namidan Piriyev bildirib.
www.yenicag.az