Rayon sakini İcra Hakimiyyətində öldü
Bu gün Neftçala Rayon İcra Hakimiyyətinə (RİH) qəbula gedən rayon sakini orada dünyasını dəyişib.
Yenicag.az virtualaz.org-a istinadən bildirir ki, RİH-in inzibati binasında vəfat edən şəxs Neftçala rayonu, Qoltuq qəsəbəsinin Yusif Cəfərov adlı sakinidir.
Məlumata görə, Yusif Cəfərov RİH-ə bu gün səhər şəxsi problemi ilə bağlı gedibmiş. Qəbula yazılıb növbə gözlədiyi vaxt elə qəbul otağında qəfil ürək tutmasından dünyasını dəyişib. Onu təcili yardım maşını ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Amma artıq gec olub. Xəstəxanaya çatdırılanda artıq keçinibmiş.
66 yaşlı Y.Cəfərov uzun illər “Salyan OİL” əməliyyat şirkətində qazmaçı işləyib, elə oradan da təqaüdə çıxıb. O, ağır xəstəlikdən əziyyət çəkirmiş və bir neçə il əvvəl ürəyindən əməliyyat da olunubmuş.