Rayon sakini qoyun-quzularını yeyən quzğunu tutdu-Foto

media-hightechnic-468x90

14cf6f4b6ff933644e30471b28770952Göyçay sakini ev quşlarına və qoyun-quzuya qənim kəsilən quzğun tutub. Yenicag.az lent.az-a istinadən bildirir ki, rayon sakini Səxavət Qəhrəmanov təsadüf nəticəsində yaşadığı evin həyətinə düşən vəhşi quşu tutaraq onu bəsləyir. Əvvəlcə hündür ağaca oturan və oradan həyətə düşən xəstə quzğun baytar həkimlərin köməyi ilə müalicə edilib. Səxavət bu vəhşi quşu insanların toyuq-cücəsinə, qoyun-quzusuna ziyan vurmaması üçün onu dəmir qəfəsdə bəsləyir. O, hər gün quzğunun qidalanması üçün qəssabxanalarda kəsilən heyvanların baş-ayağını, lazımsız hissələrini toplayır.

Hazırda rayonun sakinləri və qonaqlar Səxavətin bəslədiyi quzğunu görmək marağındadı. Quzğun görkəminə görə onu görənləri heyran edir.

Əsasən isti ölkələrdə yaşayan quzğunlara Azərbaycanda təsadüfən rast gəlinir. Quzğunlar güclü çöl quşu olduğu üçün onlar ov üçün yerə enərkən nadir hallarda insanlara tabe olurlar. Səxavətin bəslədiyi quzğun isə xəstə olduğu üçün yaşadığı ölkəyə qayıda bilməyib və Göyçaya düşüb.

Səxavət hazırda quzğunun tam sağlam olduğunu və onu heyvanxanadan istəyən olsa verəcəyini deyir. O əvvəllər tutub bəslədiyi vaşağı bir müddət sonra heyvanxanaya verdiyini deyir.

 

 

 

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600