“Real Madrid”in baş məşqçisi Xabi Alonso istefaya göndərildi

media-hightechnic-468x90

“Real Madrid”in heyətində ayrılıq yaşanıb.

Yenicag.az xəbər verir ki, baş məşqçi Xabi Alonso komandanı tərk edib.

Bu barədə “kral klubu”nun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 44 yaşlı ispaniyalı mütəxəsssislə müqaviləyə xitam verilib.

Xatırladaq ki, “Real Madrid” ötən gün İspaniya Superkubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə məğlub olmuşdu.

Qeyd edək ki, Xabi Alonso mövsümün əvvəlindən “Real Madrid”ə rəhbərlik edirdi.

Yeni baş məşqçi klubun sabiq futbolçusu Alvaro Arbeloa təyin olunub./Apa/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa