REAL seçkidən çəkilir – Rəsmi

imagesREAL Hərəkatından 16 saylı Yasamal ikinci seçki dairəsindən Milli Məclisə namizədliyini verən Erkin Qədirli namizədliyini geri götürüb.

Bunun səbəbini hərəkat üzvü Natiq Cəfərli Yenicag.az-a açıqlamasında E. Qədirlinin namizədliyini geri götürməsini İlqar Məmmədovun son məhkəmə prosesində hakimlər tərəfindən bilərəkdən edilən qanun pozuntularından sonra keçirdiyi sarsıntılarla əlaqələndirdi: “Erkin Qədirli oktyabrın 13-dən namizədliyini geri götürmək qərarına gəlmişdi. Belə ki, REAL hərəkatının rəhbəri İlqar Məmmədovun son məhkəməsi bir hüquqşünas kimi ona pis təsir etmişdi. Erkin Qədirli həmin məhkəmə prosesində hüquqa bu qədər qəsdin edilməsindən ciddi sarsıntı keçirmişdi. Bu əsasda da namizədliyini geri götürmək niyyətində olduğunu məhkəmədən sonra bizə bildirmişdi. Bu gün isə REAL adından məsələ ilə bağlı daha ətraflı rəsmi açıqlama veriləcək”. N. Cəfərli onu da bildirdi ki, təbliğat-təşviqat dövrünün sonuna yaxın REAL hərəkatından namizəd olan digər şəxslərin də namizədliyini geri götürəcəklərilə bağlı qərarı olacaq: “İndilikdə isə təşviqat dövrünün verdiyi bütün üstünlüklərdən istifadə etməyi düşünürük”.

ELÇİN