!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəfael Cəbrayılov öldü: Bəs zərərçəkmişlərə dəyən ziyan necə ödəniləcək? - AÇIQLAMA

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Rafael Cəbrayılov qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətmiş, etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. Lakin koronavirusa yoluxan Rafael Cəbrayılov bu gün “Yeni Klinika”da vəfat edib.

Yenicag.az xəbər verir ki, Rəfael Cəbrayılovun ölümü onun əməllərindən ziyan görmüş şəxslərin zərərinin necə qarşılanacağı sualını gündəmə gətirib.

Məsələ ilə bağlı Yenicag.az olaraq hüquqşünas İsmayıl Kəngərli ilə əlaqə saxladıq.

Hüquqşünas bildirdi ki, şəxsin vəfatı durumunda dəymiş ziyan onun vərəsəsi tərəfindən ödənilir:

“Şəxs vəfat etdikdə onun mirası vərəsəsinə yönəlir və dəymiş ziyan həmin mirasdan ödənilir”.

İsmayıl Kəngərli əlavə edib ki, şəxsin heç bir miras qoymaması halında vərəsələr məsuliyyət daşımır:

“Əgər qoyduğu miras vurduğu zərərdən azdırsa, o zaman həmin miras dəyərində ödənilir. Yox əgər şəxs özündən sonra heç bir miras qoymayıbsa, onun əməlinə görə övladları, vərəsələri heç bir məsuliyyət daşımır”.

Aqil Bəkir

www.yenicag.az

1088
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv