Regionda "neft" SAVAŞI: Trampın Hörmüz gedişi nələrə yol açacaq?

media-hightechnic-468x90

“Bu tədbirlər reallaşarsa, İran ciddi iqtisadi böhranla üzləşəcək”.

media-banner_tkm

Bunu Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Samet Zenginoğlu bildirib.

media-1758962910-145084

O, Hörmüz boğazının bağlanması ssenarisinin İran üçün doğuracağı nəticələrdən danışıb.

Siyasi şərhçi qeyd edib ki, İran başda olmaqla, Yaxın Şərq və Körfəz ölkələrinin gəlir mənbələrinin əsasını neft və təbii qaz təşkil edir:

“Hörmüz boğazı bu baxımdan strateji əhəmiyyətə malikdir. Bundan əlavə, Xarq adası enerji daşınmalarında təxminən 90%-lik paya sahibdir. ABŞ Prezidenti Donald Trampın məqsədi məhz Hörmüz boğazına təsir etməklə İranı iqtisadi baxımdan sıxışdırmaq və təzyiq altında saxlamaqdır. Artıq İran xalqının gündəlik yanacaq əldə etmək imkanları da məhdudlaşdırılıb. Eyni zamanda, dünya bazarında “Brent” markalı neftin qiymətinin kəskin artması qlobal təchizat zəncirinə, istehsal prosesinə və xərclərə mənfi təsir göstərir.

Bu tədbirlər davam edərsə, İran ciddi iqtisadi böhranla üzləşəcək və orta müddətdə əhali etirazları arta bilər. Eyni zamanda, region ölkələri də bu vəziyyətdən zərər görəcək. Nəticə etibarilə, qlobal iqtisadi sistem ciddi sınaqla qarşılaşacaq. Bütün bunların məqsədi müharibənin dayandırılması üçün ictimai təzyiq mexanizmlərini işə salmaqdır”, – deyə o vurğulayıb.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05