Rəis işdən çıxarıldı

media-hightechnic-468x90

iAzərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinə yeni rəis təyin olunub. “Report”un əldə etdiyi məlumata görə, idarə rəisi Məhəmməd Məmmədov vəzifəsindən azad edilib.

Buna səbəb M.Məmmədovun təqaüd yaşına çatması göstərilib. Onun yerinə polis polkovnik-leytenantı Mahir Məmmədyarov təyin edilib. M.Məmmədyarov bundan əvvəl BDYPİ-də tağım komandiri vəzifəsində çalışıb.

media-ziraat-728x90

Rəis işdən çıxarıldı

media-hightechnic-468x90

0cbd2fa0ac1f2f61c1a2692e1b893d28Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yeni rəisi ilk təyinatlarını edib.

İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidovun imzaladığı müvafiq əmrlə BŞBPİ-nin təchizat şöbəsinin rəisi Neyman Səlimov tutduğu vəzifədən azad edilib. Onun yerinə polis polkovnik-leytenantı Fikrət Məmmədov təyinat alıb.

Təchizat şöbəsinin sabiq rəisi N.Səlimov isə Kriminalistik Tədqiqatlar şöbəsinə əməliyyatçı təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov bu vəzifədən azad olunaraq, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib. Qubanın polis rəisi Seyfulla Əzimov isə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600