Rəisin qardaşı qəzada dünyasını dəyişdi

media-hightechnic-468x90

65092Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.

Yenicag anspress-ə istinadən bildirir ki, “VAZ-2107” markalı maşınla TIR toqquşub. Hadisədən sonra zərərçəkənlər yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Avtomobildəki Muradəli Rəhmanov isə hadisə yerində dünyasını dəyişib.

Hazırda Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsinin müstəntiqi Cəsarət Bayramov ərazidə müayinə aparır.

Qeyd edək ki, dünyasını dəyişən şəxs Şəki Şəhər-Rayon Polis İdarəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Nəsrəddin Nəsirovun qardaşıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600