Rektor 14 kafedranı bağladı

media-hightechnic-468x90

aztu_novruz_holi_bayramlari_9“Ötən il Azərbaycan Texniki Universitetində 14 kafedra ləğv edilib. Bu proses 2016-cı ildə də davam edəcək”.

Bunu Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov deyib. O bildirib ki, görülən bu işlər Təhsil Nazirliyində aparılan islahatların tərkib hissəsidir: “Standartların dəyişilməsindən asılı olaraq tədris yükünün də miqdarı dəyişir. Həmçinin vaxtilə açılan yaxın ixtisaslar da birləşdirilir”.

Rektorun sözlərinə görə, 2015-ci ildə universitetdə 47 kafedra olub: “Aparılan islahatlar nəticəsində hazırda universitetdə 33 kafedra qalıb. Oktyabr-dekabr aylarında 12 kafedra birləşdirilib. Aprel-may aylarında yenə bir neçə kafedra birləşdiriləcək. Universitetdə olacaq növbəti dəyişikliklər dərs yüklərinin bölgüsü ilə bağlı olacaq”.(report)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600