Türkiyədə baş verə biləcək faciənin qarşısı son anda alınıb.
Yenicag.az “Cumhuriyet”ə istinadən xəbər verir ki, İstanbulun Tuzla rayonunda qarşı istiqamətlərdə hərəkət edən iki qatar toqquşub.
Adapazarı-Pendik marşrutu üzrə hərəkət edən sürət qatarı Söyütlüçeşmə-Konya marşrutu üzrə hərəkət edən qatarla qarşı-qarşıya gəlib.
Maşinistlərin sürətli reaksiyası nəticəsində böyük bir faciənin qarşısı alınıb. Belə ki, maşinistlər üz-üzə gələn qatarları son anda dayandıra biliblər.
Qatarda olan bir neçə sərnişinin ani əyləc səbəbindən yüngül yaralandığı bildirilir.
www.yenicag.az