!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rəmişin itkisindən sarsılan Mənsum İbrahimov: "Ölümündən on gün əvvəl…"  

!Reklam – Yazi

“Bu gün gitaranı milliləşdirən əfsanəvi sənətkarı itirdik. Allah ruhunu şad eləsin”.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti Mənsum İbrahimov bu gün dünyasını dəyişən ustad sənətkar Rəmişin itkisi ilə bağlı danışarkən deyib.

Xanəndə Rəmişlə son görüşündən də danışıb:

“2 aydan çox idi ki, xəstəxanada müalicə olunurdu. Həkimlər əlindən gələni etmişdilər, hətta artıq reanimasiyadan palataya da keçmişdi. Amma qismət belə gətirdi, onu itirdik.

10 gün əvvəl xanəndə Təyyar Bayramovla birgə xəstəxanada onu ziyarət etdik. Huşu özündə idi, amma danışa bilmirdi. Ona dedim ki, tez sağal, doğma torpağımız Ağdama gedərik. Çünki biz 2 il əvvəl Quzanlının Muğam Mərkəzində onun 75 illik yubileyini qeyd etmişdik. Dedim, bu dəfə də birlikdə o yerlərə gedib ziyarət edərik. Gözləri doldu, əlimdən tutub sıxdı. Xalq onu həddən artıq çox sevirdi, Rəmiş Azərbaycanda gitara məktəbi yaradan sənətkardır. Allah rəhmət eləsin!”

Cəvahir

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv