Rəqiblər bilindi-Siyahı
Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
1/8 finalda qrup mərhələsini qalib başa vuran 8 komanda qrup ikinciləri üz-üzə gəlib.
Püşkatma nəticəsində bu cütlüklər yaranıb:
PSJ (Fransa) – “Çelsi” (İngiltərə)
“Mançester Siti” (İngiltərə) – “Barselona” (İspaniya)
“Bayer” (Leverkuzen, Almaniya) – “Atletiko” (Madrid, İspaniya)
“Yuventus” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya)
“Şalke” (Almaniya) – “Real” (Madrid, İspaniya)
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Bavariya” (Almaniya)
“Arsenal” (İngiltərə) – “Monako” (Fransa)
“Bazel”(İsveçrə) – “Portu” (Portuqaliya)
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları gələn il 17/18 və 24/25 fevralda, cavab görüşləri isə 10/11 və 17/18 mart tarixlərində keçiriləcək.