Reklam

Reklam

Türkiyə bundan sonra Avropa İttifaqı ilə (Aİ) ilə miqrasiyaya dair razılaşmaya əməl etmək niyyətində deyil. Bunu Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik deyib.

Onun sözlərinə görə, Avropa ölkələri Türkiyə vətəndaşlarına viza məsələsinin liberallaşdırılması üzrə obyektiv və dürüst mövqe tuta bilmir: “Avropa İttifaqı ilə (Aİ) ilə miqrasiyaya dair razılaşmaya yenidən baxılmalıdır”.

Nazir, həmçinin bəyan edib ki, Türkiyə sazişin ona aid olan hissəsinə əməl edib, lakin Aİ-yə üzv ölkələr öz öhdəliklərindən boyun qaçırıblar.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə eniş icazəsinin verilməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Hollandiyaya buraxılmaması ilə əlaqədar iki ölkə arasında siyasi qalmaqal yaşanır.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 60
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."