!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi Ankara Suriya siyasətini YUMŞALDIR: "Ərdoğanla Əsədi barışdırıb gələcək əməkdaşlığı təmin etmək..."

!Reklam – Yazi

“Siyasətdə və dövlətlərarası əlaqələrdə fərdlərə münasibət əsas deyil. Burada da Bəşər Əsəd fenomeni o qədər əhəmiyyət daşımır”.

Bu sözləri Türkiyə tərəfinin Suriya ilə bağlı siyasətini yumşaltması fonunda iki ölkə prezidentinin mümkün görüşünün regionda hansı dəyişikliklərə yol aça biləcəyi barədə danışan politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında deyib.

Politoloq qeyd edib ki, Türkiyə rəhbərliyi anlayır ki, Bəşər Əsəd hakimiyyəti ilə siyasi anlaşma və normal əməkdaşlıq olmadan regionda baş verən dağıdıcı proseslərin qarşısını almaq mümkün olmayacaq:

“Əgər Türkiyə ilə Suriya normal münasibətlər sistemində iki qonşu ölkə olaraq bir yerdə əməkdaşlıq və fəaliyyət göstərə bilsələr, bu gün region üçün potensial təhlükə mənbəyi olan ABŞ və onun rəhbərlik etdiyi koalisiya, həmçinin onun aləti olan PKK terror təşkilatı bölgədə fəaliyyət göstərə bilməz.

Bu birlik, əməkdaşlıq və birgə fəaliyyət təmin olunduğu təqdirdə, bütün region qazanacaq. Yəni həm Suriya bütünləşəcək, həm də Türkiyə öz təhlükəsizliyini təmin edəcək. Çünki Suriya ilə Türkiyə arasında qondarma terror dövləti yaratmaq layihəsi mövcuddur. On illərdir bu layihənin qarşısını Bəşər Əsəd rejimi, Rusiya və İran yox, məhz Türkiyə almaqdadır. Ancaq Türkiyənin hərbi varlığı yetərli deyil. Türkiyə ilə Suriya dövlətinin birgə fəaliyyəti terrora və onu dəstəkləyənlərin əməllərinə, habelə regiona gəlməsinə son qoya bilər.

Eyni zamanda, Suriya hakimiyyətinin müəyyən mənada əməkdaşlıq və görüşə açıq olması başqa bir doğru qərardır. Onlar reallığı artıq doğru-dürüst qiymətləndirməyə başlayıblar. Çünki bu günə qədər Suriyanın bütövlüyünü 12 ildir Rusiya və İranla Əsəd hakimiyyəti təmin edə bilməyibsə, deməli, bu, doğru addım deyil. Ona görə də Türkiyənin varlığı və gücünü Suriya rəhbərliyi artıq doğru-dürüst dəyərləndirməyə başlayıb.

Mümkün görüş İraqda nəzərdə tutulub və bu, birgə fəaliyyətin giriş qapısıdır. Bununla da münasibətləri tənzimləmək mümkün olacaq. Şərqdə nə qədər dövlətlərarası münasibətlərdən dəm vurulsa da, əsasən, əlaqələr ölkələrin liderləri arasındakı münasibətlər sistemindən keçir. Burada da Ərdoğanla Əsədi barışdırıb gələcək əməkdaşlığı təmin etmək olacaqsa, bu, artıq həlledici bir amil ola bilər”.

Rafi Müslümov

COP29

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv