Tahir Kərimlidən 17 Noyabr TƏHLİLİ: "Meydan Hərəkatı Müstəqilliyimizin zirvəsi idi"

media-hightechnic-468x90

 

“Milli Azadlıq Hərəkatı Azərbaycan xalqının milli birliyinin vəhdət aldığı gündür.”

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Tahir Kərimli bildirib.

media-1720698518_tah

17 noyabr Milli Dirçəliş Günü münasibətilə sabiq deputat, həmin günün Azərbaycan xalqı üçün əhəmiyyətini vurğulayıb:

“1988-ci ilin 17 noyabrdan dekabrın 5-nə kimi, 18 gün ərzində baş verən hərəkat Azərbaycan xalqının yüzillərlə topladığı potential milli azadlıq hərəkatının zirvəsi idi. Xalq öz içində daim axtarışda olub: milli dövlət, vahid Azərbaycan quruculuğu, ermənilərin Azərbaycana qarşı törətdiyi əməllərə qarşı etirazlar və s. Ona görə də Meydan hərəkatı o vaxt milyona yaxın azərbaycanlını özünə cəlb etmişdi və Azərbaycanın bütün rayon və şəhərlərində Meydan hərəkatı müdafiə olunurdu. Bu, bütövlükdə xalq hərəkatının təzahürü idi. Bu hərəkat ömrümüzə daim iz salmağa davam edir. Hesab edirəm ki, o baş verənlərin çox ciddi şəkildə kinoxronikasını yaratmaq lazımdır və bunu televiziyalarda, sosial şəbəkələrdə yaymaq lazımdır. Qoy xalqımızın formalaşmasında, tərbiyəsində çox ciddi rol oynasın.”

Sabiq deputat qeyd edib ki, Milli Azadlıq Hərəkatını zaman-zaman bəzi şəxslər gözdən salmağa çalışsa da, bu tarix xalqımızın yaddaşında silinməz iz buraxıb:

“Bəzən bu hərəkatı gözdən salmağa çalışırlar. İstər müxalifət, istər hökumət yönlü şəxslər tərəfindən də lazımsız çıxışlar edilir. Buna baxmayaraq, millətin bu oyanışını, milli birliyini heç kim ləkələyə bilmir.”

Tahir Kərimli sonda Milli Azadlıq Hərəkatı sonrası Azərbaycanın müstəqillik qazanmasını xüsusi vurğulayıb:

“Hesab edirəm ki, bu Milli Azadlıq Hərəkatı olmasaydı, bəlkə də Qarabağ tam əldən gedərdi, bəlkə də gələcək müstəqilliyin əsasları da indi qurulurdu. Şübhəsiz ki, SSSR-nin dağılmasında da ən mühüm faktorlardan biri məhz bu baş verənlərdən sonra Azərbaycanın müstəqilliyi ən önəmli hadisə idi. Ona görə də bu hadisə çox böyük bayramdır. Xalqımızın bayramını təbrik edirəm.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa