!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi Ankaranın növbəti DİPLOMATİK UĞURU: "Türkiyə tutduğu xətdən çəkilmədi, siyasi iradə nümayiş etdirdi" - ŞƏRH

!Reklam – Yazi

“NATO və ABŞ Türkiyə ilə hesablaşdısa, Qafqazda da Rusiya Türkiyə ilə hesablaşacaq”.

Bunu Türkiyə-ABŞ münasibətləri, iki ölkə prezidentlərinin görüşü və rəsmi Ankaranın yeritdiyi siyasəti şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev bildirib ki, son baş verənlər Türkiyə xarici siyasətinin uğurudur:

“İsveç və Finlandiyanın NATO-ya üzv olmaq məsələsi ortaya çıxanda Türkiyə ciddi şəkildə etirazını bildirdi və qeyd edildi ki, rəsmi Ankaranın razılığı olmadan sözügedən iki dövlət NATO-ya üzv ola bilməz. Birinci növbədə, Türkiyənin siyasi iradəsi qəbul olundu. Hər tərəfdən Türkiyəyə təzyiqlər var idi. Hesab edirəm, Egey dənizindəki adalarda Yunanıstanın törətdiyi təxribatlar da, PKK və PYD-nin gücləndirilməsi dolayısı ilə Türkiyəyə təzyiqlər idi ki, rəsmi Ankara geri addım atsın. Ancaq Türkiyə tutduğu xətdən çəkilmədi, siyasi iradə nümayiş etdirdi. Türkiyə iki dövlətin NATO-ya qəbul olmamasını deyil, əksinə, NATO-nun böyüməsini istəyirdi, sadəcə qaydalara əməl olunmasını tələb edirdi. Türkiyə terrora qarşı birgə mübarizə aparmaq, təşkilat üzvü olan ölkələrin təhlükəsizliyini təmin etmək üçün qaydalara əməl edilməsini istəyirdi. Digər ölkələr Finlandiya və İsveçi birmənalı qəbul etmək istəyirdilər. Adı çəkilən dövlətlərin terrorçu təşkilatların nümayəndələrinə ofis vermələrinə göz yumurdular. Türkiyə bir addım irəli keçdi. Əgər bir dövlət Türkiyənin ərazisinə iddia edən, orada terror törədən təşkilatı müdafiə eədcəksə, onunla niyə bir təşkilat daxilində olmalıdır?

Artıq İsveç və Finlandiyanın PKK və PYD-ni müdafiə etməməsi, Türkiyəyə qarşı sanksiyaları aradan qaldırması reallaşdı. FETÖ ilə bağlı da məsələ gündəmə gəldi. FETÖ beynəlxalq təşkilat kimi tanınmırdı. Ancaq imzalanan memorandumda FETÖ ilə bağlı da bənd var”.

Partiya sədrinin sözlərinə görə, Baydenlə Ərdoğan arasındakı görüş mühüm məsələdir:

“Bu görüş bir daha sübut etdi ki, ABŞ üçün meqalayihələrdə hansısa dövlətin iştirakı, nəyi qazanıb, nəyi itirməsi əsas deyil, Amerika üçün əsas olan özünün strateji xətti və maraqlarıdır. Kiçik savaşlarda kim qalib gələrsə, ABŞ onun yanında olur. Bu gün ABŞ Türkiyənin hərəkətlərini təqdir etdi. Türkiyə ayağa gedə-gedə ABŞ ilə yaxınlaşmadı, dirəşə-dirəşə bu baş verdi. Bunun Azərbaycana da çox mühüm təsiri var. Türkiyənin bu tip məsələlərdən güclü çıxması onun hər yerdə, Qafqazda da güclü çıxmasına səbəb olacaq. Azərbaycanla Türkiyə ortaq siyasət yürüdürlərsə, bu məsələlərin Azərbaycana birbaşa dəxli var. O mənada, baş verənləri Türkiyə xarici siyasətinin uğuru kimi dəyərləndirirəm”.

Səxavət Məmməd

www.yenicag.az

721
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv