Alimlərdən ALS xəstəliyinin müalicəsində inqilabi addım: 3D hüceyrə strukturu yaradıldı
İsveçin Uppsala Universitetində alimlər üçölçülü printerlə insan sinir toxumasına bənzər model hazırlayıblar.
Yenicag.az xəbər verir ki, araşdırmada ALS xəstəliyində zədələnən motor neyronları təqlid edən “orqanoid” adlı hüceyrə strukturları yaradılıb.
Dəri hüceyrələrindən əldə edilən kök hüceyrələr motor neyronlara çevrilib və jelatinlə birgə çap edilib. Bu texnologiya gələcəkdə dərmanların xəstəyə tətbiq olunmadan sınaqdan keçirilməsinə imkan verəcək.
Alimlər bu üsulun ALS kimi müalicəsi çətin olan sinir sistemi xəstəlikləri üçün ümidverici nəticələr verəcəyini bildirir.