Rəsmi Kiyevdən Zelenski-Tramp görüşü ilə bağlı AÇIQLAMA

media-hightechnic-468x90

Rəsmi Kiyev ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla Ukrayna lideri Vladimir Zelenski arasında mümkün görüş barədə açıqlama verib.

Yenicag.az RBC-yə istinadən xəbər verir ki, bu  barədə Ukraynanın Prezident Aparatının rəhbəri Andrey Yermak danışıb.

O bildirib ki, Zelenski ilə Tramp arasında erkən görüş gözlənilir.

“Biz Trampın andiçməsindən dərhal sonra rəsmi danışıqlara və məsləhətləşmələrə başlamaq əzmindəyik”, – deyə o qeyd edib.

Xatırladaq ki, Zelenski ilə Tramp arasında ən son görüş Fransa Prezidenti Emmanuel Makronun müşayiəti ilə ötən ilin dekabrında baş tutub. Görüş cəmi 20 dəqiqə çəkib.

ABŞ-nin yeni seçilmiş prezidenti Ukrayanın Rusiyaya güzəştə getməsi tərəfdarıdır.

 

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600