Rəsmi Moskva ABŞ hərbçilərinin Rusiya bayrağı altında üzən gəmini ələ keçirdiyini təsdiqlədi

media-hightechnic-468x90

ABŞ Hərbi Dəniz Qüvvələri Rusiya bayrağı altında üzən “Marinera” gəmisini yanvarın 7-də Moskva vaxtı ilə təxminən saat 15:00-da ələ keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gəmi ilə əlaqə kəsilib. 24 dekabr 2025-ci ildə “Marinera” gəmisi Rusiya qanunvericiliyinə və beynəlxalq hüquqa uyğun olaraq verilmiş Rusiya dövlət bayrağı altında üzmək üçün müvəqqəti icazə alıb.

“1982-ci il BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasına uyğun olaraq, açıq dənizlərdəki sularda naviqasiya azadlığı tətbiq olunur və heç bir dövlətin digər dövlətlərin yurisdiksiyalarında qeydiyyatdan keçmiş gəmilərə qarşı güc tətbiq etmək hüququ yoxdur”,- Rusiya Nəqliyyat Nazirliyinin açıqlamasında bildirilib./Apa/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa