!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi Pxenyandan ABŞ-a ittiham: Madrid hücumunda günahkardırlar

!Reklam – Yazi

Rəsmi Pxenyan ilk dəfə olaraq fevralda Şimali Koreyanın Madriddəki Səfirliyinə törədilən hücuma münasibət bildirib.

Yenicag.az xəbər veeir ki, ölkənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada hadisənin terror aktı olduğu və ABŞ tərəfindən törədildiyi qeyd olunub.

“ABŞ Federal Təhqiqatlar Bürosunun törətdiyi bu hadisə Şimali Koreyanın suverenliyi və beynəlxalq hüququn kobud şəkildə pozulmasına istiqamətlənib” – deyə, bəyanatda bildirilir.

Sənəddə həmçinin İspaniya hökuməti hadisənin obyektiv araşdırılmasına və günahkarların cəzalandırılması üçün tədbirlər görülməsinə çağırıb.

Xatırladaq ki, fevralın 22-də 10-a yaxın silahlı şəxs Şimali Koreyanın İspaniyadakı Səfirliyinə hücum edərək, diplomatik missiya əməkdaşlarını girov götürüb və onlara ağır xəsarətlər yetiriblər. Polisin keçirdiyi xüsusi əməliyyat zamanı onlardan yeddisi saxlanılsa da, digərləri qaçmağa müvəffəq olub./Report/

www.yenicag.az

5553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv