Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Restoran sahibi CƏZALANDIRILDI - Qəfəslərdə saxlanılan zebra, meymun, dəvə..

İsmayıllı rayonu “Günəş Park” restoranında heyvanların qəfəsdə saxlanılması ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Yenicag.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov bildirib ki, aparılan araşdırma zamanı sözügedən istirahət mərkəzində qəfəslərdə saxlanılan zebra, dovşan, dəvə, meymun, maral, tovuzquşu, qırqovul və dəvəquşunun xaricdən gətirilməsinə dair rəsmi təsdiqedici sənədlərinin olduğu, lakin saxlanılması üçün müvafiq icazə sənədinin olmadığı məlum olub: “Faktla bağlı istirahət mərkəzinin rəhbəri Sərxan İsgəndərov barəsində akt, protokol tərtib olunub və o, 2000 manat məbləğində cərimə edilib. Zooloji kolleksiyanın yaradılması məqsədilə icazə sənədinin alınması üçün restoran sahibinə icrası məcburi olan “məcburi göstəriş” verilib”.

R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

www.yenicag.az

469
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100