Ötən ilə müqayisədə bu il restoranlarda iftar menyularının qiymətləri xeyli artıb. Bunun əsas səbəbi isə pandemiya ilə izah olunur.
Sputnik Azərbaycan restoranlardakı iftar menyularının qiymətlərini öyrənib.
“Zafo Pub & Restaurant”da iftar menyusunun qiyməti 16 manatdır. Menyuya salat, isti yemək, şorba, içki, qarnir və desertlər daxildir.
Salat olaraq 3 çeşid, isti yemək olaraq 4 çeşid, şorba olaraq 3 çeşid, qarnir olaraq 3 çeşid, desert olaraq isə xurma və paxlava təklif edilir.
“Buta Art Club”da isə iftar menyusunun qiyməti 12 manatdır. Menyuya 3 çeşid salat, 3 çeşid şorba, kabab və dolmadan ibarət müxtəlif çeşidlər daxildir. Məsələn, tikə kabab, lülə kabab, toyuq kababı, toyuq lülə kababı, yarpaq dolması, kələm dolması, taxta içi quzu (quzu əti, zoğal turşusu, badımcan, bibər, kartof, pomidor), taxta içi toyuq (toyuq filesi, zoğal turşusu, badımcan, bibər, kartof, pomidor), səbzi plov, mal ətindən qovurma (mal əti, kartof, pomidor), çoban qovurması (mal əti, bolqar bibər, göbələk, pomidor), “Stroganoff” (toyuq filesi, qaymaq, göbələk), file qovurması (toyuq filesi, kartof, pomidor), qarnirlər və içkilər daxildir”.
“The Mood Bistro&Grill”-də isə iftar menyusu 25-30 manat arasında dəyişir.
“Dreamland”da isə iftar menyusu 30-35 manat arasında dəyişir. İftar menyusuna şorba, zeytun növləri, yunan salatı, quzu kababı, desert olaraq mövsüm meyvələri və ərəb xurması, həmçinin içkilər daxildir.
“Prive Steak Gallery Baku”da bir nəfərlik iftar menyusunun qiyməti 45 manatdır.
Azərbaycanın ən bahalı restoranı hesab edilən “Teleqüllə”də isə 2 nəfərlik menyunun qiyməti 55 manatdır. Öncədən depozit olaraq 20 manat ödənilir və həmin pul da menyuya daxildir. Menyuya isə isti, soyuq yeməklər, salat və içkilər daxildir.
Bir çox restoranlar qiymətlərin daha öncəki illə müqayisədə artdığını bildirir. Onlar bunun səbəbini pandemiyanın olması və bir müddət restoranların bağlı qalması ilə izah edirlər.
www.yenicag.az