Rəyasət Heyətinin iclası keçirildi

media-hightechnic-468x90

15c6448cc5090918d97901f699bd7690Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Yenicag.az apa-ya istinadən bildirir ki, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq, gündəlikdə əksini tapan üç məsələ ilə bağlı iştirakçılara məlumat verib. Akademik AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda Akademiya qarşısında qoyulan tapşırıqlarla bağlı görüləcək işlərdən danışıb.

Əvvəlcə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Hacıyev bölmənin 2014-cü ildəki fəaliyyətini əks etdirən hesabat məruzəsi ilə çıxış edib. A.Hacıyev bölmə əməkdaşlarının ixtiraları haqqında müvafiq məlumatların rəsmi bülletenlərdə dərc olunması, alimlərin məqalələrinin 312-nin impakt faktorlu jurnallarda olmaqla nüfuzlu xarici elmi dərgilərdə nəşr edilməsi və çap məhsullarının sayının artırılmasına diqqət çəkib. Hər il dünyanın 200-ə yaxın ölkəsində SJR agentliyi tərəfindən izlənilən və qiymətləndirilən 29 382 jurnalın siyahısına ikisinin bölmənin riyaziyyat üzrə jurnalları – “Tətbiqi və hesablama riyaziyyatı” və “Azərbaycan Riyaziyyat jurnalı” olmaqla, Azərbaycandan 6 jurnalın daxil olması nailiyyətlərin son illərdəki dinamikasından xəbər verir. Bununla yanaşı, ötən ildə bir hissəsi ingilis dilində olmaqla bölmədə bəzi elmi jurnallar da nəşr olunub. AMEA üzvlüyünə seçkilər nəticəsində bölməyə 6 həqiqi, 12 müxbir üzv seçilib.

Rəyasət Heyətinin qərarı ilə hesabat təsdiq edilib, elmi istiqamətlər üzrə bölməyə daxil olmayan elmi-tədqiqat, təhsil və sahə müəssisələrində əldə edilmiş və digər mühüm nəticələr bəyənilib bölmə üzrə statistik məlumatlar nəzərə alınaraq AMEA-nın illik hesabatına daxil edilib.

Tədbirdə A.Əlizadə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan daha səmərəli istifadə etməklə Azərbaycanın regionda güclü sənaye mərkəzinə çevrilməsini təmin etmək məqsədilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş fəaliyyət istiqamətlərindən danışıb. Akademik qeyd edib ki, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” hazırlanıb və prezidentin sərəncamı ilə təsdiq edilib. Sözügedən dövlət proqramından irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq bölmələrin təqdim etdikləri məlumatların müəyyən olunmuş formada tərtib olunaraq Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsi tərəfindən müvafiq dövlət qurumlarına təqdim olunması ilə bağlı qərar qəbul olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600