Trampın nümayəndəsi: “ABŞ Ukrayna münaqişəsinin həllinə çox yaxındır”

media-hightechnic-468x90

ABŞ Ukraynadakı münaqişənin tənzimlənməsinə çox yaxındır”.

Yenicag.az  xəbər verir ki, bu sözləri ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.

“Biz orduda həmişə deyirik ki, hədəfə çatmaq üçün son 10 metr ən çətindir. Biz son iki metrdəyik”, – deyə o vurğulayıb.

Kelloq əlavə edib ki, Vaşinqton Ukrayna hökumətini təhlükəsizlik zəmanətləri müqabilində ərazidən imtina etməyə sövq edə bilər.

Onun sözlərinə görə, münaqişəyə son qoyulmalıdır, çünki Ukrayna “fəlakətli itkilərlə üzləşir”. Kelloq Ukrayna lideri Volodimir Zelenskinin xalqa müraciətini “ədabazlığın bir hissəsi” adlandırıb.

Xatırladaq ki, Vaşinqton Ukraynadakı münaqişənin həlli üçün 28 bənddən ibarət yeni plan hazırlayıb. Xüsusilə, sənəddə Krım, Luqansk və Donetskin Rusiya ərazisi kimi tanınması, Ukraynanın NATO-ya qoşulmaqdan konstitusiya səviyyəsində imtina etməsi və Ukrayna qoşunlarının sayına məhdudiyyət qoyulması yer alır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa