Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

REYD - Bu şəxslərə siqaret satanlar cərimələndi

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, dekabrın 10-da Nazirliyin Baş İctimai Təhlükəsizlik, Xəzər və Yasamal Rayon Polis idarələrinin əməkdaşları qeyd olunan rayonlar ərazisində birgə tədbirlər keçiriblər.

Reydlər nəticəsində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində və Yasamal rayonu Landau küçəsindəki köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Həmin köşklərin 4 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokollar tərtib olunub və hər biri 100 manat cərimə olunublar.

Bu istiqamətdə reydlər davam etdirilir.

www.yenicag.az

5778
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100