Rocer Federer milyarder oldu

media-hightechnic-468x90

2022-ci ildə karyerasını başa vuran isveçrəli tennis əfsanəsi Rocer Federer rəsmən dünyanın ən varlı idmançıları siyahısına qoşulub. 

Yenicag.az xəbər verir ki, “Forbes” jurnalının məlumatına görə, onun sərvəti 1,1 milyard dollar (təxminən 940 milyon avro) qiymətləndirilir.

Kortda 24 il ərzində Federer 20 Böyük Dəbilqə titulları da daxil olmaqla 103 turnir qazanıb və 310 həftəni dünya reytinqində bir nömrədə keçirib. Eyni zamanda o, 130 milyon dollardan çox pul mükafatı qazanıb – onun qazancı əsas rəqibləri Novak Cokoviç və Rafael Nadaldan bir qədər az olub.

Federerin əsas gəliri reklam müqavilələri və biznes layihələridir. O, 2018-ci ildə 300 milyon dollarlıq 10 illik müqavilə imzaladığı “Mercedes-Benz”, “Rolex”, “Moët & Chandon” və “Uniqlo” ilə əməkdaşlıq edir. Federer İsveçrə idman ayaqqabısı – “On” brendinin səhmlərinin təxminən 3%-nə alsa da, bu yatırım uğursuz olub.

Federer indi milyarder idmançıların elit klubundadır ki, onların arasında Maykl Cordan, LeBron Ceyms, Tayqer Vuds və Floyd Meyvezer də var./qaynarinfo

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa