Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Roma” Bakıya 19 futbolçu ilə gəlir - SİYAHI

Reklam: High Technic

UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın qonağı olacaq “Roma”nın Bakıya gələcək heyəti müəyyənləşib.

Yenicag.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Eysebio Di Françesko təmsilçimizlə oyun üçün 19 nəfərlik heyət formalaşdırıb. Onlardan ikisi qapıçı, beşi müdafiəçi, yeddisi yarımmüdafiəçi və beşi hücumçudu.

Bakıya gətiriləcək heyətdə yer alan futbolçular bunlardı:

Qapıçılar: Alisson Bekker, Lukaş Skorupski;

Müdafiəçilər: Juan Jesus, Aleksandr Kolarov, Federiko Fasio, Bruno Peres, Kostas Manolas;

Yarımmüdafiəçilər: Raca Naynqqolan, Kevin Strotman, Lorenso Pelleqrini, Daniele De Rossi, Maksim Qonalon, Alessandro Florensi, Jerson;

Hücumçular: Dieqo Perotti, Edin Dzeko, Cengiz Ünder, Qrequar Defrel, Stefan El Şaravi.

Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda baş tutacaq “Qarabağ” – “Roma” qarşılaşması saat 20:00-da start götürəcək.

www.yenicag.az

2374
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM