Ronaldodan yoldaşlarına dəyərli hədiyyə
“Real Madrid”in hücumçusu Kriştiano Ronaldo komanda yoldaşlarına 150 min avro dəyərində hədiyyə edib.
2013/14 Çempionlar Liqasında onunla birlikdə qələbə qazanan həmkarlarına “Bvlgari” markalı saat bağışlayıb.
Qeyd olunur ki, bir ədəd saatın qiyməti 6,8 min avrodur, 22 nəfəri nəzərə alaraq hədiyyə 149,6 min avroya başa gəlib. Saatların arxasında hər futbolçunun adı, siferblatında isə Liqanın keçirilən tarixi yazılıb.
(qafqazinfo.az)