Türkiyə hökuməti Rövşən Lənkəranskinin “sağ əli” “qanuni oğru” Hacıbaba Talıbxanlını (Hacı Beyləqanski) həbsdən azad edib.
Yeniçağ.az rus mətbuatına istinadən xəbər verir ki, Hacıbaba Talıbxanlı “kriminal general” Əlibala Həmidovun (Qoca Bakinski) ölümü ilə bağlı şübhəli şəxs qismində həbs edilmişdir.
Qeyd edək ki, H.Talıbxanlı Rövşən Lənkəranskiyə qarşı edilən sui-qəsd zamanı hadisə yerində olub. O, Rövşənin nəşinin Azərbaycana gətirilməsi zamanı daha iki nəfərlə birlikdə hava limanında türk polisi tərəfindən saxlanılıb. İddiaya görə, H.Talıbxanlı 2013-cü ildə İstanbulda Əlibala Həmidovun öldürülməsində iştirak edib. Lakin onun yanında olan iki nəfər bu ittihamları öz üzərinə götürüb və beləcə, H.Talıbxanlı azadlığa çıxıb.
Həmçinin xəbərə görə, Talıbxanlı azadlığa çıxan kimi “qanuni oğru” Hüseyn Əhmədovun (kor Hüseyn) tərəfdarlarına qoşulub və Rövşən Canıyevin Türkiyədəki obyektləri uğrunda mübarizəyə başlayıb.
Yeniçağ.az
www.yenicag.az