Rubio: "ABŞ Vaşinqton sülh sammitinin məqsədlərinə sadiqdir"

media-hightechnic-468x90

ABŞ Dövlət katibi Marko Rubio Birləşmiş Ştatların Vaşinqton sülh sammitinin məqsədlərini irəlilətməyə sadiq olduğunu bildirib.

media-banner_tkm

Yenicag.az-ın məlumatına görə, Dövlət Departamentinin rəhbəri bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın partiyasının parlament seçkilərində qələbəsindən sonra “X” sosial şəbəkəsində yazıb.

“Biz tarixi Vaşinqton sülh sammitinin məqsədlərini irəlilətməyə, o cümlədən “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu”nun (TRIPP) reallaşdırılmasına sadiqik. Cənubi Qafqaza və onun hüdudlarından kənara sülh, sabitlik və rifah gətirmək üçün birlikdə işləməyi səbirsizliklə gözləyirik”, – Rubio qeyd edib.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 %-nin emalının yekunlarına əsasən, baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası seçicilərin 49,83 % səsini toplayıb.

İkinci yeri iş adamı Samvel Karapetyanla əlaqəli olan və 23,28 % səs toplayan “Güclü Ermənistan” Partiyası tutub. Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 9,93 % səs alıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05