Zelenski Londonda kralla görüşdü
Böyük Britaniya kralı III Çarlz Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna liderinin teleqram kanalında məlumat verilib.
“Əlahəzrətə, xalqımıza və bütün Böyük Britaniyaya millətimizə göstərdiyiniz davamlı dəstəyə görə təşəkkür edirəm”- məlumatda deyilir.
Qeyd edək ki, iyunun 7-də Zelenski Böyük Britaniya, Fransa və Almaniya liderləri ilə danışıqlar aparmaq üçün Londona gedib.













