Rubio o görüşə qatılmadı
ABŞ Dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransının kuluarlarında Avropa liderləri ilə keçirilən və Ukrayna münaqişəsinin müzakirə olunduğu görüşə qatılmayıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətinin sözlərinə görə, dövlət katibi Ukrayna üzrə Berlin formatında keçirilən görüşdə iştirak etməyəcək, çünki eyni vaxtda çoxsaylı görüşlər nəzərdə tutulub.
O, həmçinin bildirib ki, Rubio Münxendə keçirilən bir çox görüşlərində Rusiya-Ukrayna mövzusuna cəlb olunub.
Bununla belə, FT yazır ki, Avropa rəsmilərindən biri ABŞ Dövlət katibinin görüşdə olmamasını “dəli bir qərar” adlandırıb. Digər avropalı həmsöhbət isə qeyd edib ki, ABŞ-nin iştirakı olmadan bu danışıqlarda məzmun yetərsiz idi.
“Financial Times”ın qiymətləndirməsinə görə, Rubionun danışıqlarda iştirak etməməsi Avropa paytaxtlarında Vaşinqtonun Ukrayna münaqişəsinin həlli üzrə səylərdə marağının azalması kimi qəbul edilib.













