!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rublun dəyərdən düşməsinin manatın məzənnəsinə TƏSİRİ - İqtisadçıdan BƏDBİN PROQNOZ

!Reklam – Yazi

Rusiya və Ukrayna arasında yaşanan gərginlik fonunda rus rublu dəyər itirməyə başlayıb. Buan görə də Rusiyada dolların alış və satışı hazırda məhdudlaşdırılıb. Analitiklərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Entoni Blinkenin görüşü geosiyasi gərginliyi yumşaltmayıb və ona görə də bazarlar çökməyə davam edir. Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın olduğunu nəzərə alsaq, rublun dəyərdən düşməsinin manatın məzənnəsinə mümkün təsirləri sual doğurur.

Mövzu ilə bağlı iqtisadçı Vüsalə Əhmədova Yenicag.az-a açıqlamasında bildirib ki, Rusiyada milli valyutanın dəyərdən düşməsinə geopolitik faktorlar öz təsirini göstərir. Ancaq bu proseslərin manatın məzənnəsinə çox böyük təsir edə biləcəyi gözlənilmir:

“Bəzi məqamlar FED-in 2022-ci il boyunca alacağı faiz qərarlarının manatın məzənnəsinə təsir edə biləcəyini düşünməyə əsas verir. FED-in bu ay faiz dərəcələrini artıracağı gözləntisi olsa da, dünənki iclasda faiz dərəcəsini 0-0.25 faiz aralığında sabit saxladı. Ancaq mart ayı toplantısında baza faiz dərəcələrini artıracağı ehtimalı yüksəkdir. ABŞ hökumətinin illik inflyasiya hədəfi 2 faizdir.

Hazırda ABŞ-də inflyasiya hökumətin hədəfinin olduqca üzərindədir. Keçən ilin dekabr ayına inflyasiya göstəricisi 6  faizdən yüksək idi və üst-üstə 7 aydır ki, inflyasiya bu ölkədə 5 faizin üzərindədir. Ümumiyyətlə, ABŞ-də hazırda inflyasiya 7 faizlə son 40 ilin ən yüksək səviyyəsinə çatıb. Belə olan halda mütləqdir ki, FED il ərzində bir neçə dəfə uçot dərəcələrini yüksəltsin. 2022-ci il ərzində hər dəfə 0.25 faiz olmaqla 3 dəfə faiz artımına gedəcək.

Kritik tarixlər mart ayı və ondan sonrakı iyun, sentyabr aylarıdır. Nəticədə dolların dəyər qazanması fonunda ilin ikinci yarısında manatın dəyərdən düşməsi gözlənilə bilər. Hazırda neftin bir barelinin qiyməti 90 dolları keçib. Belə olan təqdirdə düşünürəm ki, hökumət yarana biləcək devalvasiyanın qarşısını almaq iqtidarında olacaq”.

Gülşən Şərif

www.yenicag.az

743
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv