Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ruhanidən Trampın İranın nüvə silahları ilə bağlı bəyanatına CAVAB

İran prezidenti Həsən Ruhani həmkarı Amerika lideri Donald Trampın ABŞ-ın Tehrandan nüvə silahının olmasının qarşısını almaq cəhdləri ilə bağlı bəyanatına münasibət bildirib.

Yenicag.az xəbər verir ki, Ruhani ABŞ-ın əvvəllər də İranı təhdid etdiyini söyləyib.

“Onlar (ABŞ – Red) bir vaxtlar bizdən hərbi cəhətdən güclü olanda təhdid edirdilər. Bu gün İranla müharibə etməyəcəyini, ancaq atom bombasının bizdə olmamasını istəyirlər. Əlbəttə ki, bu sözlər əsassızdır”, – deyə Ruhani bildirib.

Onun sözlərinə görə, İranın yolu müqavimət yoludur, nə qədər ki, ABŞ normal yoluna qayıtmayacaq.

www.yenicag.az

10385