Rus qoşunlarının Azərbaycandan çıxarılması - VİDEO

media-hightechnic-468x90

Rus qoşunlarının Azərbaycandan çıxarılmasından 27 il ötür.

Qeyd edək ki, 1992-ci il 15 mayda Daşkənddə keçmiş SSRİ respublikalarından qoşunların çıxarılması, nə qədər silahın həmin respublikalarda qalması haqqında hər bir ölkə ilə müqavilələr imzalanıb.

1993-cü ilin mayın 25-də 104-cü diviziyanın tərk etməsi ilə Rusiya qoşunları bütünlüklə Azərbaycandan çıxarılmış oldu.

Həmin dövrdə baş verənləri REAL-a Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov şərh edib.

Keçmiş SSRİ zamanında Azərbaycanda yerləşdirilən, tərkibində 4 motoatıcı, bir hava-desant diviziyası və 5 hərbi aerodromu olan 4-cü ordu 1993-cü il mayın 25-də ölkədən çıxarıldı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600