Rusca MENYULAR: "Bəzi obyektlər qanun pozuntusuna..." - AÇIQLAMA

media-hightechnic-468x90

Paytaxt restoranlarının bir qismində menyular rus dilindədir. Hətta bu barədə sosial şəbəkələrdə dəfələrlə şikayət xarakterli paylaşımlar edilib.

Ana dili Azərbaycan dili olan ölkədə niyə menyular rusca olmalıdır? Qanunla restoran menyuları necə tənzimlənir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu barədə sorğular çox daxil olub:

“Nazirlər Kabinetinin 94 saylı qərarına görə menyular xarici dillə yanaşı ana dilində də olmalıdır. Çünki istehlakçının hüquqlarından biri də mal və xidmət haqqında məlumat almaqdır.

Əfsuslar olsun ki, bəzi restoranlar bu qanunu pozur. Menyu restoran üçün əsas göstəricilərdən biridir.

İqtisadiyyat Nazirliyi bu problemi nəzarətdə saxlamalıdır. Belə hallarla rastlaşan vətəndaşlar 195 qaynar xətti ilə əlaqə saxlaya bilərlər”.

Şahanə Paşa

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600