Rusiya ABŞ-yə yeni səfir göndərir

media-hightechnic-468x90

Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru, Kanadadakı keçmiş səfir Aleksandr Darçiyev Rusiyanın ABŞ-dəki diplomatik missiyasının rəhbəri vəzifəsinə əsas namizəd kimi qiymətləndirilir.

Yenicag.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb.

Bundan əvvəl “Vedomosti” də Darçiyevi bu vəzifəyə ən çox ehtimal olunan namizəd adlandırmışdı.

Xarici İşlər Nazirliyindəki mənbələr RBC-yə bildiriblər ki, Darçiyevin namizədliyi ilə bağlı qərar çoxdan verilib. Nazirlik qanuni məhdudiyyətlərə görə prosesi ictimaiyyətə şərh etməyəcək.

Qeyd edək ki, oktyabrın 10-da Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov səlahiyyət müddətinin baş çatması ilə əlaqədar geri çağırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600