!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Almaniyaya NOTA VERDİ

!Reklam – Yazi

Rusiya Almaniyaya nota verib.

Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiya Federasiyası Almaniyadan Leninqradın blokadasını soyqırım aktı kimi rəsmən tanımasını tələb edib.

“Rusiya tərəfi Almaniya tərəfinin keçmişdə Almaniyanın insanlıq əleyhinə törətdiyi cinayətlərin soyqırım aktı kimi rəsmən tanınması məsələsinə yanaşmasının ziddiyyətli xarakterini qeyd edir.

Almaniya tərəfi onun müstəmləkəçilik dövründə törətdiyi cinayətləri soyqırım aktı kimi tanıyıb.

İkinci Dünya Müharibəsi zamanı Leninqradın blokadası və SSRİ xalqlarına qarşı törədilmiş digər cinayətlərlə bağlı hələ də bunu etməyib.

Rusiya tərəfi Almaniya tərəfindən Üçüncü Reyxin bu vəhşiliklərinin soyqırım aktı kimi rəsmən tanınmasında israrlıdır”, – sənəddə deyilir.

Xuraman Etibarlı

www.yenicag.az

335
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv